“Rəy” Monitorinq Mərkəzi: İlham Əliyev 84,49 faiz səslə irəlidədir
11.04.2018 [21:16]
Xəbərin mətni
"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,49 faiz səslə irəlidədir.
AZƏRTAC “Sechki-2018.az” saytına istinadla xəbər verir ki, Mərkəzin rəhbəri Rizvan Abbasov, “exit-poll”un nəticələrinə görə, səsvermədə seçicilərin 72,3 faizinin iştirak etdiyini bildirib.