Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əhmədov: Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 7 il ərzində daha sürətli inkişafa səs veriblər

11.04.2018 [22:31]

Xəbərin mətni
Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə 3,9 milyondan çox vətəndaş iştirak edib. Bu da bütün seçicilərin 74,5 faizini təşkil edir. Keçirilən “exit poll”ların nəticələrinə görə, seçicilərin 80 faizdən çoxu Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verib.