Latviya Seyminin deputatı: seçkilərdə heç bir qanun pozuntusuna rast gəlmədik
11.04.2018 [22:09]
Xəbərin mətni
Seçkilərin keçirildiyi 10 məntəqədə olduq və heç bir qanun pozuntusuna rast gəlmədik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Latviya Seyminin deputatı Roamans Naudins keçirdiyi mətbuat konfransında səsləndirib. Azərbaycanda prezident seçkilərini izləyən beynəlxalq müşahidəçi qeyd edib ki, rastlaşdıqları diqqətçəkən məqamlardan biri hərəkət imkanı məhdud insanlara səsvermədə iştirak etmələri üçün yaradılmış şərait olub.