SİYASƏT


İlham Əliyev seçicilərin 86 faizinin səsini qazanıb

Aprelin 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov 5641 seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirildiyini bildirib. O deyib ki, seçki məntəqələrinin 92 faizindən çoxundan – 5201-dən səsvermənin nəticələrinə dair məlumatlar Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə daxil olub. Həmin məlumatlar araşdırılarkən 3 milyon 712 min 120 səs etibarlı sayılıb.