Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏT-in müşahidə missiyası: Azərbaycan vətəndaşları ədalətli və azad keçirilən seçkilərdə maraqla iştirak edirdilər

12.04.2018 [13:00]

Xəbərin mətni
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatını açıqlayıb. AZƏRTAC xəbər verir ki, təşkilatın üzvləri seçkilərdə əldə edilən uğurlu nəticəyə görə Azərbaycan xalqını təbrik edib. Bəyanatda bildirilir ki, seçkilər azad şəkildə keçirildi, heç bir təzyiq, qanun pozuntusu olmadı. Bütün proses qanunvericilik çərçivəsində baş verdi.