SİYASƏT


Devid Morris: Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi

Biz yeddi seçki məntəqəsində olduq. Heç bir qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yaxşı təşkil olunmuşdu. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Böyük Britaniya İcmalar Palatasının üzvü Devid Morris aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.