SİYASƏT


Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi beynəlxalq təşkilatla əməkdaşlığa maraq göstərir

Beynəlxalq platforma olan Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Bununla bağlı müzakirələr AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun Şuranın ümumi işlər üzrə müdiri, Livanın “əl-Cümhuriyyə” qəzetinin redaktoru Marlen Vehbe və Əlcəzairin “Nahar TV” telekanalının əməkdaşı Cəmaləddin Buşa ilə görüşündə aparılıb.