Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Beşiktaş” Türkiyə Super Liqasında liderliyi yenidən ələ keçirib

14.04.2018 [12:03]

Xəbərin mətni
Aprelin 13-də futbol üzrə Türkiyə Super Liqasının XXIX turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Beşiktaş” komandası səfərdə “Akhisar” ilə qarşılaşıb. AZƏRTAC xəbər verir ki, son çempion “Beşiktaş” rəqibini böyük hesabla məğlub edib - 3:0. Oyunun 3-cü və 48-ci dəqiqələrində Rayan Babel dubla imza atıb. Görüşün 20-ci dəqiqəsində isə komandanın ispaniyalı hücumçusu Alvaro Neqredo fərqlənib. Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran “Beşiktaş” çempionatda “Qalatasaray” və “Başakşehir”i qabaqlayaraq lider olub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI