Azərbaycan Dövlət İnformasiya Agentliyi

Havanın temperaturu yüksələcək

16.04.2018 [13:18]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8°, gündüz 11-16° isti, Bakıda gecə 6-8°, gündüz 14-16° isti olacağı gözlənilir.