CƏMİYYƏT


Sumqayıtlı çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

Aprelin 16-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin önündə şəhər gənclərinin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınması mərasimi olub. Sumqayıt Şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə şəhər və hüquq mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.