CƏMİYYƏT


Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub

Aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri oyuncaq tapança ilə hədələyib onlardan ümumilikdə 867 manat pul alaraq hadisə yerini tərk ediblər.