İDMAN


Bakıda İƏT-ə üzv ölkələrin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilir

Aprelin 18-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilir. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İƏT, Dialoq və Əməkdaşlıq üzrə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birgə təşkilatçılığı ilə baş tutub.