XƏBƏRDARLIQ: Temperatur 4-8 dərəcə aşağı enəcək
19.04.2018 [13:12]
ETSN xəbərdarlıq edir ki, aprelin 20-si gündüz qərb rayonlarından başlayaraq 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.