CƏMİYYƏT


Xaçmazlı gənclər hərbi xidmətə təntənəli şəkildə yola salınıblar

Aprelin 19-da Xaçmazda gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən təntənəli mərasimdə müharibə veteranları, ağsaqqallar və valideynlər iştirak ediblər. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz rayon şöbəsinin rəisi Asif Nemətov, müharibə veteranları, valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.