İDMAN


Türkiyə Kubokunda “Fənərbağça”-“Beşiktaş” oyunu yarımçıq dayandırılıb

Matçın ikinci hissəsinin əvvəlində hesab 0:0 olarkən azarkeşlər meydana kənar əşyalar atıblar. Nəticədə “Qara qartallar”ın baş məşqçisi Şenol Günəş başından xəsarət alaraq meydanı tərk edib və bu səbəbdən matç yarımçıq dayandırılıb. “Beşiktaş”ın baş məşqçisinə ilkin tibbi yardım göstərilib.