SİYASƏT


VİTV televiziya kanalı ölkəmizdə keçirilmiş seçkilərlə bağlı reportaj yayımlayıb

Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bir çox ölkələrdə olduğu kimi, Vyetnamda da diqqəti cəlb edib. AZƏRTAC xəbər verir ki, Vyetnamın milyonlarla tamaşaçı auditoriyasına malik VİTV televiziya kanalı ölkəmizdə keçirilmiş seçkilərlə bağlı geniş reportaj yayımlayıb, həmçinin Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovdan müsahibə alıb.