İDMAN


Bakıda bədii gimnastika üzrə gənclər arasında “AGF Junior Trophy” beynəlxalq turniri keçirilir

Aprelin 23-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib. AZƏRTAC xəbər verir ki, turnirdə 18 ölkədən idmançılar mübarizə aparırlar. Yarışlarda Azərbaycanı Darya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Nərminə Səmədova təmsil edirlər.