İDMAN


Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçiriləcək əyləncə proqramının işçi heyətinin görüşü keçirilib

Aprelin 27-29-da Formula 1 yarışları çərçivəsində “Baku Crystal Hall”da dünya ulduzlarının və məşhur DJ-lərin iştirakı ilə möhtəşəm konsert proqramlarının təşkil olunacağını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar üzrə meneceri Elvin Məmmədov deyib: “Əyləncə proqramına bilet satışı davam edir. Hazırda konsertlərin keçiriləcəyi səhnənin tikintisi həyata keçirilir. Tikinti işlərinin aprelin 26-dək aparılacağı nəzərdə tutulub.