İDMAN
“AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turnirinə yekun vurulub
24.04.2018 [16:35]
Xəbərin mətni
Milli Gimnastika Arenasında keçirilən 2003-2005-ci il təvəllüdlü qızlar arasında “AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin son günü gimnastlar fərdi qaydada öz məharətlərini göstəriblər. Son nəticədə 5 ölkənin nümayəndələri fəxri kürsüdə yer almağa nail olublar.