SİYASƏT


Kuala Lumpurda “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının təqdimatı olub

Malayziya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimi keçirilib.