Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen mübarizəni dayandırıb

27.04.2018 [16:32]

Xəbərin mətni
Azərbaycanda üçüncü dəfə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşündə “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen mübarizəni dayandırıb. AZƏRTAC xəbər verir ki, yürüş zamanı niderlandlı pilot yolu səhv salıb. O, döngəni düz dönməsi üçün bolidi sol tərəfə çevirmək istəyərkən divara çırpılıb. Bu zaman boliddə texniki problem yaranıb və pilot sərbəst yürüşü dayandırmalı olub.