Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

27.04.2018 [19:20]

Xəbərin mətni
Aprelin 27-də Milli Gimnastika Arenasında Bakıda keçirilən bədii gimnastika üzrə 6-cı Dünya Kuboku yarışının təntənəli açılış mərasimi olub. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu diqqətə çatdıraraq, idmançılara uğurlar arzulayıb.