Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstirahət günü ölkə ərazisində hava yağıntılı olacaq

28.04.2018 [13:31]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 16-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.