İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu keçirilir

20 pilot saat 18:00-dək davam edəcək turun nəticələrinə əsasən, yarış günü start xəttində öz yerlərini alacaqlar. Sərbəst yürüşlərdə Valtteri Bottas (“Mercedes”), Daniel Rikkardo (Red Bull) və Sebastyan Fettel (“Ferrari”) ən yaxşı göstəriciyə imza atıblar. Qeyd edək ki, aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır