İDMAN
Bədii gimnastika üzrə Dünya Kubokunda gürzlər və lentlə hərəkətlərdə finalçılar müəyyənləşib
28.04.2018 [17:12]
u gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda gürzlər və lentlə hərəkətlərdə finalçılar müəyyənləşib.
Gürzlərlə hərəkətlərdə Vlada Nikolçenko və Olena Dyaçenko (Ukrayna), Boryana Kaleyn (Bolqarıstan), Anastasiya Salos (Belarus), Anna-Luiza Filioranu (Rumıniya), Laura Zenq (ABŞ), Salome Pajava (Gürcüstan) və Mariya Sergeyeva (Rusiya) çıxıb.
Lentlə hərəkətlərdə finala Mariya Sergeyeva (Rusiya), Vlada Nikolçenko və Olena Dyaçenko (Ukrayna), Milena Baldassarri (İtaliya), Anna-Luiza Filioranu (Rumıniya), Kaho Minaqava (Yaponiya), Anastasiya Salos (Belarus) və Katrin Taseva (Bolqarıstan) çıxıb.