İDMAN


Bədii gimnastika üzrə Dünya Kubokunda gimnastların mükafatlandırılması mərasimi keçirilib

Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük üzrə gimnastların mükafatlandırılması mərasimi keçirilib. Dörd alətlə hərəkətlərin yekununa əsasən, birinci yeri 69,050 xalla Rusiya gimnastı Mariya Sergeyeva tutub. İkinci yerdə 67,550 xalla ukraynalı gimnast Vlada Nikolçenko, üçüncü yerdə 66,550 xalla belaruslu Anastasiya Salos qərarlaşıb.