İDMAN


“Küləklər şəhəri”ndə Formula 1 həyəcanı davam edir

Bakıda keçirilən Formula 1 Qran-Prisində ilk sərbəst yürüşlər və sıralanma turu zamanı havanın temperaturu 22 dərəcə təşkil edib. Bu da pilotlar üçün əlverişli olub. AZƏRTAC xəbər verir ki, dünən axşamdan başlayan güclü külək bu gün də davam edir. Bakı küləyi pilotların işini çətinləşdirib. Belə ki, Formula 2 üzrə ikinci yarışda dörd qəzanın baş verməsi bunun bariz nümunəsidir.