İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb

Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb. AZƏRTAC xəbər verir ki, start verilən kimi birinci dövrədəcə iki pilot mübarizəni dayandırmalı olub. “Force India” komandasının pilotu Eseteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər iki pilot birinci döngəni tamamlamadan yarışda mübarizəni dayandırıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır