İDMAN


Formula 1: “Red Bull Racing” komandasının bolidləri toqquşaraq mübarizədən kənarlaşıblar

Formula 1 Azərbaycan Qran-Prisində mübarizə daha iki pilot üçün başa çatıb. AZƏRTAC xəbər verir ki, bu dəfə “Red Bull Racing” komandasının iki pilotu eyni anda yarışla vidalaşıb. Daniel Rikkardonun bolidi Maks Ferstappenin bolidinə arxadan çırpılıb. M.Ferstappen düzgün manevr etmədiyinə görə, D.Rikkardo əyləcə bassa da, sürəti nizamlaya bilməyib və bolidlər toqquşub. Beləliklə yarışın bitməsinə 10 dövrə qalmış artıq 5 pilot üçün mübarizə başa çatıb.