CƏMİYYƏT


Vyanada mərhum səfir Fuad İsmayılovun xatirəsi anılıb

Azərbaycanın Avstriyada səfiri işləmiş mərhum Fuad İsmayılovun 50 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə tədbiri keçirilib. Azərbaycanın Avstriyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriya hökumətinin və Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirləri, F.İsmayılovun ailə üzvləri və yaxınları, eləcə də Avstriyada yaşayan həmvətənlərimiz iştirak ediblər.