Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada keçirilən veloyürüşə 200-dən çox iştirakçı qoşulub

05.05.2018 [17:50]

Xəbərin mətni
Mayın 5-də Qubada ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan veloyürüşə 200-dən çox iştirakçı qoşulub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 kilometrə yaxın məsafəni əhatə edən veloyürüş “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilib. Rayon ictimaiyyət nümayəndələrinin, eləcə də qonaq qismində qatılan digər iştirakçıların yarışdığı veloyürüşə Qəçrəş kəndindən start verilib.