Toxumçuluğu inkişaf etdirmək Azərbaycanın əsas məqsədlərindən biridir
07.05.2018 [17:21]
Xəbərin mətni
Azərbaycanda kənd təsərrüfatı sahəsində toxumçuluğu inkişaf etdirmək əsas məqsədlərdən biridir. Biznes forumların keçirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 7-də Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyi (TSÜAB) tərəfindən Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin “Beynəlxalq Rəqabətliliyin İnkişafının dəstəklənməsi haqqında Təşviqat” proqramı çərçivəsində həyata keçirilən Azərbaycan-Türkiyə biznes forumunda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.