Qəbələdə stend atıcılığı üzrə beynəlxalq Qran-Pri yarışları davam edir
09.05.2018 [18:02]
Xəbərin mətni
Mayın 9-da qadınlar və kişilər arasında səngər stendi yarışlarının ilk təsnifat mərhələsi keçirilib. Bu yarışda 8 ölkədən 33 idmançı 125 hədəfdən 75-nə atəş açıb. Dünyanın tanınmış atıcısı olan rusiyalı Olimpiya çempionu Aleksey Alipov 75 hədəfin hamısını uğurla vuraraq turnir cədvəlində birinci olub.