İDMAN


Rafael Ağayev növbəti dəfə Avropa çempionu oldu

Serbiyanın Novi-Sad şəhərində WKF karate üzrə Avropa çempionatı ilə yanaşı, ilk dəfə qitə üzrə parakarate çempionatı keçirilir. AZƏRTAC xəbər verir ki, turnirdə 15 ölkədən 100-dək idmançı iştirak edir. Azərbaycan bu yarışmada 17 iştirakçı ilə təmsil olunur. Kişilərin kumite yarışlarında tatamiyə 75 kiloqramadək çəki dərəcəsində 40 karateçi çıxıb. Beşqat dünya çempionu Rafael Ağayev hər üç idmançıya - litvalı, latviyalı və türkə eyni hesabla (1:0) qalib gəlib. Rafael yarımfinalda “xantey”lə (1:1) italiyalı Luici Busu məğlub edib. Finalda macarıstanlı idmançıya qalib gələn karateçimiz 11-ci dəfə Avropa çempionu adını qazanıb.