Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib
15.05.2018 [16:07]
Xəbərin mətni
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
AZƏRTAC xəbər verir ki, fətva mayın 15-də QMİ-də şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda verilib.
Fətvada deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cənnət müjdəsi olan mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, ibadətlərimizin, dualarımızın Allah dərgahında qəbul olunmasını diləyir və bildirir...