SİYASƏT


Ağstafalı şəhid son mənzilə yola salınıb

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovla mayın 21-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində vida mərasimi keçirilib. Şəhidin cənazəsi hərbi orkestrin, Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsinin və fəxri qarovulun müşayiəti ilə kənd qəbiristanlığına aparılıb, dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.