RƏSMİ


Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Serbiya Prezidenti ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında xüsusi əməkdaşlıq formatı yaratdığını dedi. Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında bir neçə il öncə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin və bu səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin çox güclü təməl üzərində qurulduğunu qeyd etdi.