MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Parisdə təntənə ilə qeyd edilib

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara burada nümayiş olunan materiallar haqqında məlumat verilib.