CƏMİYYƏT


Sabah yağış yağacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-23° isti təşkil edəcək.