Pekində Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media-Sammiti keçirilib
01.06.2018 [12:53]
Xəbərin mətni
Tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Təşkilatın dialoq üzrə tərəfdaşı olan Azərbaycanı Media-Sammitdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edib.