İDMAN


Bakıda Milli Atçılıq Festivalının açılışı olub

İyunun 2-də Bakıda, Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən Milli Atçılıq Festivalının açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ARAF-ın vitse-prezidenti, Təşkilat Komitəsinin üzvü Elşad Abbasov Azərbaycanda atçılıq idmanının qədim tarixinin olduğunu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır