SİYASƏT


Parisdə Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin açılışı olub

Parisdəki “Villepinte” sərgi mərkəzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) də təmsil olunduğu “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub. AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.