SİYASƏT


Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib

Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə “Bakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib. AZƏRTAC xəbər verir ki, tədbiri açan vəkil Alen Tremolyer “Bakı Prosesi” haqqında məlumat verib və bu platformanın mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürüldüyünü bildirib.