Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah hava yağmursuz olacaq

15.06.2018 [14:11]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Temperatur gecə 18-20° isti, gündüz 26-31° isti təşkil edəcək.