MƏDƏNİYYƏT


Laqosda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Azərbyacan gecəsi keçirilib

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə Laqosda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş İpək Yolu adlı Azərbyacan gecəsi keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət Əməkdar Artist tarzən Sahib Paşazadə, Fransada fəaliyyət göstərən pianoçu Saida Zülfüqarova, Qərbin ən yüksək səsi tenor Joseph Oparamanukie və alban əsilli İsveçrə vətəndaşı soprano Teuta Nicolet-dit –Felix ifasında musiqi proqramı ilə davam edib.