Sabah havanın temperaturu 31 dərəcəyədək yüksələcək
18.06.2018 [13:10]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq.