Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirilib
18.06.2018 [13:30]
Xəbərin mətni
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 2017-2018-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, DSX Xüsusi Məktəbinin sıra meydanında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin ifa olunması ilə başlayıb.