Azərbaycan Dövlət İnformasiya Agentliyi

«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb

18.06.2018 [13:57]

Xəbərin mətni
Qazaxıstan Mədəniyyət və İdman Nazirliynin təşkilatçılığı ilə hər il keçiriləcək dünya səviyyəli müsabiqənin yekun nəticələri açıqlanıb. Beynəlxalq müsabiqədə Azərbaycanın təmsilçisi əməkdar artist, opera sənətçisi İlham Nəzərov 3-cü yeri qazanıb. Birinci turda İlham Nəzərov Toleqen Muxametjanovun Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sözlərinə bəstələdiyi “Astana mənim şəhərim” (qorod moy Astana) mahnısını ifa edib.