SİYASƏT


Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı məhv edilib

Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.