SİYASƏT


Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları qaçqın və məcburi köçkünlərin acınacaqlı həyatından bəhs edən fotosərgiyə baxıblar. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirdə mövzu ilə bağlı tamaşa nümayiş olunub. Açılış nitqi ilə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis hazırda dünyada mövcud olan qaçqın və məcburi köçkün probleminə toxunaraq bildirib ki, təmsil etdiyi qurum könüllü yardımlar vasitəsilə bütün dünyada qaçqınlara kömək göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır